AQTA: Qadağan olunan qənd məhsullarını yaslarda istifadə üçün verməyə çalışırlar

0
182

Bəzi istehsalçılar qadağan olunan qənd məhsullarını yas mərasimlərində istifadə üçün verməyə çalışırlar.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

O bildirib ki, qənddə tapılan maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir:

“Satış obyektlərində bu tip məhsulları görürlərsə, bununla bağlı bizə müraciət etsələr yaxşı olar. Həmin qənd məhsulları satışdan yığışdırılır. Lakin vətəndaşlarmızın həssas yerini bilirlər və görürlər ki, yas mərasimlərinə nəzarət etmək çətindir. Ona görə də qadağan olunan qəndləri burada istifadə üçün verməyə çalışırlar”.