Aqrar sektorun ixracı 500 milyon dolları üstələyib

0
384

2020-ci ilin yanvar-sentyabr aylarında 501,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.

Aqrar Kredit və İnkişaf Agentliyindən  məlumata əsəsən, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 0,2 faiz artıb.

Məlumatda bildirilir ki, aqrar sektorda fəaliyyət göstərən 306 hüquqi və fiziki şəxsə 11,9 milyon manat məbləğində güzəştli kreditlər verilib. Güzəştli kreditlərin verilməsi nəticəsində 305 daimi və müvəqqəti iş yeri açılıb.

Həmçinin, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində agentlik tərəfindən 321 sahibkarlıq subyektinə 4 min 239 baş damazlıq heyvan alınması üçün 887,1 min manat məbləğində güzəştli vəsait ayrılıb, həmçinin, 4 min 178 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.