Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır? VİDEO

0
352

İnsanlar daha çox qış fəsli xəstələnirlər. Bu vaxtlar apeklərin də işi yaxşı gedir desək, yanılmarıq. Çünki, yoluxucu xəstəliklər artanda əczaxanaların müştəriləri də çoxalır. Ancaq son vaxtlar apteklərin işi heç də yaxşı deyil. Çünki dərman çatışmazlığı yaşanır. Hətta bəzi dərmanların əvəzediciləri belə tapılmır. Nədir səbəb? Öyrənməyə çalışmışıq.

Soyuqlar düşür, yoluxucu xəstəliklər çoxalır. Apteklərdə isə dərman qıtlığı yaşanır.

Əczaçılar deyir ki, son vaxtlar qrip, soyuqdəymə və boğaz ağrısına qarşı, eləcə də immuniteti artıran preparatlara tələbat çox olsa da, depolarda belə dərmanlar tapılmır.

Dərman qıtlığından vətəndaşlar da əziyyət çəkir.

Səhiyyə Nazirliyindən bildirildi ki, apteklər özəl şirkətlərin balansında olduğundan məsələ Nazirliyin səlahiyyətində deyil.