
Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək. Bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, iki ölkənin vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb.