Apreldə Zəfərə Gedən Yol

0
49

Sahil Həsrət oglu Şirinov 1992- cı il iyun ayının 25 – də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
O , 2010- cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
2014- cü ildə məktəbi motoatıcı taqim komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb.
Şirinov Sahil Həsrət oglu 2016- cı ildə aprelin 4 – də Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Aprelin 6- da Sahil Şirinov doguldugu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salınıb.

Bu gün torpaqlarımızın işgaldan azad edilməsi ugrunda canından, qanından keçən igid Vətən ogullarından biri Bum qəsəbsi Aprel döyüşlərində şəhid olan zabitimiz leytenant Həsrət oğlu Sahil Şirinovun anım günüdür.

Tədbirdə şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər , şəhid ailələri, Dini qurumlar, DAMM- SİM Qəbələ rayon numayəndliyi rəhbəri, Ağcəbədi şəhid ailələri və digər regionlardan gələn şəhid ailələri, təşkilat rəhbərləri, hərbiçilər, Qəbələ TV,İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi əvəzi Eyvaz Kazımov, qazilər şəhid Sahil Şirinovun qəbrini ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur .

Tədbirdə çıxış edənlər Sahil Şirinov Həsrət oglunun qəhrəmanlığından danışmışlar.

Tədbir ata ocağında iftar süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə 🇦🇿.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi,

Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndliyinin rəhbəri