“Apple” yeni “iPhone” modellərinin qiymətini artıracaq

0
28

“Apple” şirkəti “iPhone”nun bütün yeni modellərinin qiymətlərini artırmaq niyyətindədir.

Bu barədə “The Wall Street Journal” nəşri xəbər verir.

Şirkət qiymət artımının səbəbini yeni funksiyalar və dizayn dəyişiklikləri ilə izah edəcək.

Yeni “Apple” smartfonlarının payızda təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən il ABŞ-də satılan 65 milyon “iPhone”dan 36-39 milyonu “Pro” və “Pro Max” versiyaları olub.