“Apple” və “Meta” cərimələndi

0
15

Avropa Komissiyası informasiya texnologiyaları nəhənglərini antiinhisar qanunvericiliyini pozduqları iddiası ilə cərimələyib.

Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, “Apple” və “Meta”ya müvafiq olaraq 500 milyon avro və 200 milyon avro həcmində cərimə təyin olunub.

Bildirilib ki, Avropa Komissiyası “Apple”ın Rəqəmsal Bazarlar haqqında Qanun (DMA) üzrə götürülən öhdəliklərini pozduğunu müəyyən edib. “Meta” şirkəti isə DMA-nın tələblərini pozaraq istehlakçılara daha az şəxsi məlumat istifadə edən xidmətlər arasında seçim imkanı vermək öhdəliyini yerinə yetirməyib.