Apple, iPhone-nu qıra biləcək insanlara cəmi 1 milyon dollar mükafat verəcəyini açıqlayıb.
Apple Təhlükəsizlik Mühəndisliyi və Memarlıq direktoru İvan Krstiç Las-Veqasda təşkil olunan haker konfransında çıxış edib. O açıqlamasında iOS tətbiqini istifadəçinin heç bir şey klik etməsinə gərək qalmadan sındıra bilənə hakerə və ya mütəxəssisə böyük bir mükafat veriləcəyini açıqlayıb. Yarım milyon dollar isə iOS proqramı bazara çıxmazdan əvvəl hər hansı bir kövrəkliyi və ya zəif nöqtəni aşkarlayan hakerlərə mükafat olaraq paylanacaq.
ABŞ-ın texnologiya nəhəngi “Krstic”, bu mükafat tətbiqetməsini gələcəkdə “watchOS”, “AppleTV” və bu payız çıxacağı planlaşdırılan yeni nəsil “iPadOS”lar üçün də davam edəcəyini açıqlayıb.
Keçən ay axtarış sistemi “Google” da “Chrome”dakı zəif nöqtələri təsbit edən hakerə 30 min dollar mükafat verəcəyini açıqlamışdı.