Apple-in ilk kompüterinin yüksək qiyməti onunla izah olunur ki, onu şəxsən Stiv Jobs yığıb. Bu unikal kompüter üçün 1,75 milyon dollar tələb olunur.
79 nömrəli model Sony TV-115 monitoru ilə təchiz olunub və 1978-ci ildə satın alınıb.
Satın alındıqdan sonra onu təbii ağacdan hazırlanan korpusa yerləşdiriblər ki, bu da onu əla vəziyyətdə saxlamağa imkan verib.