Apellyasiya Məhkəməsi Polad Aslanovu həbsdə saxlayıb

0
581

Ötən gün Bakı Apellyasiya Məhkəməsi “xeberman.com” saytının təsisçisi və redaktoru Polad Aslanovun şikayətinə baxıb. O, dövlətə xəyanətdə ittiham olunur. P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, o, özünü günahkar saymayıb.

Proses zamanı P.Aslanov bildirib ki, DTX əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı yazıların dərcinə görə təqib olunur.

Məhkəmə şikayəti təmin etməyib və jurnalisti həbsdə saxlayıb.

P.Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə ona qarşı irəli sürülmüş CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Yerli və beynəlxalq təşkilatlar P.Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyətidir.