Antarktidada yeni heyvan və bitki növlərinin yaranması proqnozlaşdırılır

0
393

Gələn on il ərzində Antarktidada on üç növ yeni heyvan və bitki yarana bilər.

“Global Change Biology” jurnalının verdiyi məlumata görə, klimatoloqlar qlobal istiləşmənin mövcudluğuna görə, temperaturun 1,5° C-də saxlana bilməyəcəyi təqdirdə planetin görünüşünün kökündən dəyişəcəyinə şübhə etmirlər.

Bu prosesin ilk və əsas qurbanları təcrübənin göstərdiyi kimi, Yerin qütb bölgələri və dağ buzlaqları olacaq. Burada hava ötən əsrlərə nisbətən 4-9° C-ə yüksəlib, bu da onların ərazilərinin nəzərəçarpacaq dərəcədə azalmasına, Antarktida və Arktikanın böyük ərazilərinin buzdan azad olmasına səbəb olacaq.

Temperaturun yüksəlməsi, bu ərazidə buzların yoxa çıxması nəticəsində yeni heyvan və bitki növlərinin yaranmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, bitki toxumları oraya alimlərin ayaqqabılarının altındakı kir və ya qida qalıqları ilə birlikdə gəlir.