Antarktidada müəmmalı “QAPI” – Professor SİRRİNİ AÇDI

0
7

“Google Maps”də Antarktidanın peykdən çəkilmiş görüntülərində “qapı” aşkar edilib.

Sosial media istifadəçiləri hələ 2024-cü ilin payızında bu fenomeni müzakirə etməyə başlayıblar.

Qapıya bənzər obyektin mənşəyinin sirrini qlasiologiya professoru Bethan Davis “New York Post” qəzetinə açıqlayıb.

“Koordinatları 69°00’50 cənub eni və 39°36’22 şərq uzunluğu olan obyekt Yaponiyanın Şoua tədqiqat stansiyasının cənub-şərqində yerləşir. “Qapı” müxtəlif nəzəriyyələrin mövzusu olub: istifadəçilər bunun “Bigfoot”un kənd evi, ayrıca “Boeing” təyyarəsinin qapısı və ya “Star Trek” serialından tərk edilmiş bir servis nəsnəsi olduğunu deyirlər”, – nəşr yazır.

Bethan Davisin sözlərinə görə, görüntülərdə görünən obyekt sahilə yaxın yerdə ilişib qalan və hazırda əriməkdə olan aysberqin parçasıdır.

Professor əlavə edib ki, ərazidə başqa oxşar buz kütlələri də görünə bilər.