Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə vebinar keçiriləcək.
Vebinarda səfir Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdət Ünüvar və Altınbaş Universitetinin rektoru Çağrı Erhan çıxış edəcəklər.
Çıxışlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı istiqamətindəki tarixi fəaliyyəti, Azərbaycan-Türkiyə münasibətlərində dinamizmin təmin olunmasında müəyyən etdiyi strategiya və digər mövzulara həsr olunacaq.
Vebinar mayın 10-da Türkiyə vaxtı ilə saat 13.00-da (Bakı vaxtı ilə 14.00) başlanacaq.