Ankarada terror: Ölənlərin sayı beşə çatdı, 22 yaralı var

0
49

Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “TRT Haber” telekanalının efirində bildirib.

“Terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, yaralananların ümumi sayı 22 nəfərdir, onlardan üçü xəstəxanadan buraxılıb”, – nazir bildirib.

İlkin məlumatlara görə, hücumu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri həyata keçiriblər.