Ankara və İslamabad regional təhlükəsizliyi müzakirə edildi

0
254

Pakistanın Ravalpindi şəhərində Türkiyə Quru Qoşunlarının komandanı, general-leytenant Vəli Tarakçının pakistanlı həmkarı general Kamar Cavid Bacvı ilə görüşü baş tutub.

Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığı, regional təhlükəsizliyi və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

C.Bacvının sözlərinə görə, Pakistan Türkiyə ilə qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Görüşdə həmçinin 2018-ci ildə Türkiyə və Pakistan arasında 4 ədəd MİLGEM korvetinin istehsalı ilə bağlı imzalanmış razılaşma da nəzərdən keçirilib.

Qeyd edək ki, ilk MİLGEM koveti Pakistan Hərbi Dəniz Qüvvələrinə 2023-cü ildə təhvil veriləcək.