Ankara Tiflisə 100 milyon hərbi kredit verdi

0
287

Türkiyə keçən il hərbi əməkdaşlıq üçün Gürcüstana 100 milyon lirə qrant verib.
Bu məlumatı Gürcüstan parlamentinin Müdafiə Komitəsi yayıb.
Məlumata görə, qrantın hamısı logistikanın inkişafı üçün Marneuli hava limanının modernizasiyasına xərclənəcək. Bu vəsaitin hesabına həmçinin Gürcüstan ordusu özünün hərbi ehtiyacları üçün gərəkli olan malların və xidmətlərin alışını Türkiyə şirkətlərindən həyata keçirəcək.
2020-ci ildə Türkiyə Gürcüstan ordusuna 35 avtobus və 12 zirehli ekskavator da verib.