Ankara: Əgər Ukrayna münaqişəsi uzanarsa, Avropa…

0
148

“Əgər Ukrayna münaqişəsi uzanarsa, Avropa müharibədən yorulacaq və ictimaiyyət Kiyevi dəstəkləmək istəmədiyini bəyan edəcək”.

Bu fikri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Eyni zamanda, Türkiyə Prezidentinin rəsmi nümayəndəsi qeyd edib ki, hazırda dünya ictimaiyyətinin Moskva ilə Kiyev arasında ciddi danışıqlara şərait yaratmaq üçün kifayət qədər istəyi yoxdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl Moskvanın Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin həlli ilə əlaqədar təklif etdiyi planla bağlı Türkiyənin mövqeyi ilə razılaşmadığını bildirib.