Paytaxtın Nərimanov rayonunda sürücünün diqqətsizliyi qəzaya səbəb olub.
Heydər Əliyev prospekti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək avtomaşını eyni istiqamətdə hərəkətdə olan BMW markalı minik maşınına çırpıb.
Hadisə xəsarətsiz ötüşsə də, avtomobillərə ciddi ziyan dəyib.
Qəza yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.