“Android” sistemində istifadəçilər üçün təhlükəli zəif nöqtələr aşkarlanıb

0
497

“Google Project Zero” tədqiqat qrupu “Android” əməliyyat sistemində “Pixel”, “Huawei”, “Oppo”, “Moto”, “Samsung”, “Oreo LG”, “Xiaomi” markalarına aid smartfonlara dələduzların daxil olmasına yol açacaq ciddi zəif məqam aşkarlayıb.
“Android” sisteminin özəyinin kodundakı “CVE-2019-2215” ünsürü viruslu proqram quraşdırmaqla, yaxud şəbəkədən hücum yolu ilə sistemi dağtmaq üçün istifadə oluna bilər.

Sözügedən təhlükənin “OC Android” sisteminin 8.x-dan başlayan versiyalarını hədələdiyi qeyd olunur.