Anar Eyvazov: “Ermənilər ərazi relyefindən və dərə boşluqlarından istifadə ediblər”

0
173

“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı bölmələrinin diversiya qrupları dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində ərazi relyefindən və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızıblar”. 

bunu keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, erməni hərbçilər Azərbaycan bölmələrinin ətrafını və təminat yollarını minalamağa çalışıblar.

“Təbii ki, ordumuzun bölmələri tərəfindən tədbirlər həyata keçirilib və nəticədə qarşıdurma baş verib”, – deyə o əlavə edib.