Anar: “Açıq deyirlər ki, bizim ölməyimizi istəyirlər” – Video

0
466

AYB sədri Anarın “Profil”inin ikinci hissəsini təqdim edirik.

Anar “Dədə Qorqud” ssenarisini yazması, buna qarşı tanınmış qorqudşünasın 20 səhifəlik etiraz məktubu göndərməsi, nəhayət, akademik Həmid Araslının təqdimatı ilə ssenarinin qəbul olunmasından, daha sonra isə Moskvada yaradılan maneələrdən danışıb.

Eyni zamanda, filmin rejissoru Tofiq Tağızadə ilə mübahisələrindən bəhs edib.

Anar həmçinin siyasi proseslərə qatılması səbəbinə də aydınlıq gətirib. Bildirib ki, Qarabağ hadisələri başlayarkən ilk təkliflərini səsləndirib, Dağlıq Qarabağ Muxtar Vilayəti müqabilində Ermənistanda da 200 mindən artıq azərbaycanlı üçün muxtar qurum tələb edib. Lakin buna qarşı Azərbaycan rəhbərliyi özü çıxış edib.

Anar qeyd edib ki, ikinci təklifi Ermənistandan qovulan azərbaycanlıların Qarabağda yerləşdirilməsi ilə bağlı olub. Bu halda ermənilərin Qarabağ iddiasının birdəfəlik həll ediləcəyinə inandığını bildirib.

Videonu təqdim edirik: