Ana uşağını dünyaya gətirdikdən sonra boğub öldürdü

0
411

Rusiyanın Kostroma vilayətində yenidoğulmuş övladını öldürən ana həbs edilib.

38 yaşlı Voxma qəsəbəsinin sakini dünyaya övlad gətirdikdən sonra onu boğub öldürüb.

Prokurorluqdan bildirilib ki, o, hamiləliyi ilə bağlı qadın məsləhətxanasında qeydiyyata düşməyib və bu məsələni ətrafından gizlədib.

Arzuolunmaz hamiləlik onun yenidoğulmuş qızını öldürməsinin səbəbi olub.

Uşağını öldürəndən sonra vəziyyəti pisləşən qadın təcili yardım çağırıb. Bu zaman evə gələn həkimlər uşağın öldüyünü aşkar ediblər. Ekspertizadan sonra uşağın boğularaq öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanıb. Günahını etiraf edən qadın həbs edilib.