“Ana dilim unuduldu” deyib, özünü yandırdı – Ölkə şokda

0
522

Rusiya Federasiyasının Udmurtiya Respublikasında professor ana dilinin unudulduğunu bəyan edərək parlamentin binası qarşısında özünü yandırıb.
Albert Razin adlı sosioloq-alim udmurtcanın yaşadılması üçün sona qədər mübarizə aparacağını söyləyib.
Professor parlamentin ana dilinin qorunması istiqamətində heç bir iş görməməsinə etiraz olaraq bir neçə dəfə aksiya keçirib. O, bir neçə dəfə parlamentə məktub yazıb “dilimizin yox olduğu gün özümü yandıracağam” deyə qeyd etsə, təşəbbüsləri nəticəsiz qalıb.
Ötən gün isə əlində Dağıstan şairi Rəsul Həmzətovun şeirindən “Sabah dilim yox olacaqsa, mən bu gün ölməyə hazıram” sitatının yazıldığı plakatla parlamentin binasının önünə gələrək özünə od vurub. Təcili tibbi yardımla xəstəxanaya çatdırılan Albert Razinin vəziyyətinin ağır olduğu bildirilir.