Amnistiya aktının tətbiqinin prosesual ardıcıllığı AÇIQLANDI

0
328

“8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının icrası prosesində Ədliyyə Nazirliyi ilə yanaşı Baş Prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür”.

Bu sözləri  açıqlamasında Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin prokuroru Heydər Yusifzadə deyib.

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Amnistiya Aktı noyabrın 5-də qəbul olunub:

Milli Məclisin iclasında 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub. Qərarın icrası çərçivəsində Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin üzərinə məsuliyyətli iş düşür. Baş Prokuror Kamran Əliyevin təşəbbüsü ilə yaradılan bu idarədə amnistiya aktı tətbiq edilən və müvafiq maddələr üzrə cəzaçəkmə müəssisəsində olan məhbusların sənədlərinə baxılıb. Penitensiar Xidmətin, Probasiya İdarəsinin və Ədliyyə Nazirliyinin müvafiq qurumları bu qərarın icrasında birlikdə çalışırlar. Baş Prokurorun birbaşa nəzarəti altında qərarın icrası istiqamətində zəruri olan bütün tədbirlər görülür. Bu cür humanist addım atdığı üçün prezidentə dərin təşəkkürümüzü bildiririk”.

“Qərarın 8-ci bəndinə əsasən, qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanır, başlanılmış cinayət təqibinə isə xitam verilir (Bu qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)”- , deyə o qeyd edib.