Amerikalı məşhurlar ləvəngi plovun dadından ŞOK oldular – VİDEO

0
607

Amerikalı məşhurlar ləvəngi plovun dadından ŞOK oldular - VİDEOAzərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bura 2000-ə yaxın xörək daxildir. Azərbaycan milli kulinariyasında 30-dan çox birinci xörək növü var. Bunlara ətdən hazırlanmış xörəklər (piti, küftə – bozbaş, şorba və s.), göyərti və qatıqdan hazırlanmış, xörəklər (dovğa, ovdux, doğramac, balva və s.) aiddir. Azərbaycanlılar yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və s. müxtəlif forma və qalınlıqda, hazırlanma üsuluna görə fərqli çörəklərə süfrənin başlıca sərvəti kimi xüsusi həssaslıq və hörmətlə yanaşırlar.

Bəs, görəsən, ölkəmizdən kənarda bizim yeməklər bəyənilirmi?

“CVN TV” bu suala cavab vermək üçün maraqlı təcrübə aparıb.

Belə ki, internet kanalının əməkdaşları Azərbaycanın adını belə, eşitməyən Rik Qrehem, Teri və Roy Li adlı üç amerikalı məşhura “Ləvəngi plov”umuzu daddıraraq, fikirlərini öyrəniblər.

Hər üç iştirakçı birinci dəfə yedikləri bu yeməyi “çox ləzzətli” adlandırıb.

Həmin görüntüləri oxuculara təqdim edirik:

Qeyd edək ki, həmin kanalın əməkdaşları daha öncə xaricilərə kükü, manqal salatı, düşbərə, sac, yarpaq və kələm dolması, kabab, dovğa, qutab, gürzə yedirdib, hətta şəkərburayla
“Azərbaycan sayağı” çay da içirdiblər.