Amerikalı jurnalist: “Xankəndi-Laçın yolundakı etirazçılar ekoloji problemlərdən narahatdırlar” – VİDEO

0
147

“Xankəndi-Laçın yolundakı etirazçılar mina çirklənməsindən, həmçinin Qarabağdakı ekologiya və ətraf mühitin vəziyyətindən narahatdırlar”.

Bunu Ağ Evin və “Ami Magazine” jurnalının baş müxbiri Ceyk Törks “Newsmax” telekanalına müsahibəsində bildirib.

“Son iki ayda Laçın yolunda etirazların keçirildiyinin şahidi oluruq ki, bu da narahatlıq yaradır”, – o vurğulayıb.

Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılardan danışan C.Törks deyib ki, həm Bakı, həm də İrəvan onların bu ərazidə yerləşdirməsindən bir qədər narahatdır.

“Rusiya Ermənistanla hərbi sahədə müttəfiqdir. Amma 2020-ci ildə müharibə başladıqdan sonra Rusiya öz müttəfiqinə hərbi yardım göstərilməsi nöqteyi-nəzərdən gözə dəymədi. Azərbaycan 44 gün ərzində 1990-cı illərdə baş vermiş Birinci Qarabağ müharibəsi zamanı onun əlindən alınmış əraziləri azad edə bilib. Beləliklə, rusiyalı sülhməramlılar bölgəyə sülhün dəstəklənməsi üçün yerləşdirilib. Amma bu məsələ ilə bağlı hər iki tərəf narahatlığını bildirib. Məsələn, Azərbaycan tərəfi iddia edib ki, müharibə başa çatdıqdan sonra Rusiya sülhməramlılarının nəzarəti altındakı yol vasitəsilə qaçaqmalçılıq yolu ilə minalar gətirilib və həmin ərazilərdə basdırılıb. Minaların partlaması nəticəsində 2 jurnalist daxil olmaqla, 50 mülki şəxs həyatını itirib”, – o bildirib.