Amerikalı alimlər kosmosdan gələn yeni siqnal aşkarlayıblar

0
580

Kaliforniya Texnologiya İnstitutunun Ouens-Velli Rəsədxanasının əməkdaşları yeni vahid sürətli radio siqnal aşkarlayıblar.

Alimlər sözügedən siqnalın yer kürəsindən 7.9 milyard işıq ili uzaqlıqda yerləşən FRB 190523 qalaktikasından gəldiyini müəyyən ediblər.

Tədqiqatçıların bildirdiklərinə görə, 2017-ci ildə kəşf edilən sözügedən qalaktika planetimizin də içində yer aldığı “Süd yolu” qalaktikasına oxşayır: “Bu isə onu göstərir ki, hər bir qalaktika bizim “Süd yolu” kimi fəzaya siqnallar göndərə bilər”.

Qeyd edək ki, FRB 190523 qalaktikasından gələn sonuncu siqnalı iyunun 27-də avstraliyalı alimlər qeydə almışdılar.