Amerika sakininin okeana atdığı məktuba Kanadadan cavab gəlib – VİDEO – FOTO

0
392

ABŞ sakini Holli Romanekin butulkada Atlantik okeanına atdığı məktubuna cavab gəlib.

Portalın məlumatına görə, Nyu-Cersi ştatının Sendi-Huk şəhərindən olan qız ailəsi ilə birlikdə boş şüşədə qəhvə ilə mesaj göndərmək qərarına gəlib.

“Əgər siz bunu tapsanız, ümid edirik ki, gününüz yaxşı olacaq. Əgər istəyirsinizsə, lütfən, mənə yazın”, – o məktubda yazıb. O məktubun mətninə özünün elektron poçt ünvanını da əlavə edib.

İki aydan sonra Hollinin elektron ünvanına onun məktubunun tapılması barədə məlumat gəlib. Məlum olub ki, onun məktubunu Nyufaundlenddən (Kanada) olan bir kişi tapıb.

Beləliklə, məktubu butulkaya təxminən 18,8 min km məsafə qət edib. Portal qeyd edir ki, məktub Qolfstrim axınına düşüb və Kanadaya çatıb.

Qeyd edilir ki, bu hadisə ailə üzvlərinin təəccübü və sevinci ilə qarşılanıb.