AMEA prezidenti istefa verdiyini açıqladı – Yenilənib

0
525

“İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur”. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: “Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı olacaq və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”.

***

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bu sözləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

***

“İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: “Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”.

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

***

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.

AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.