AMEA-nın mühafizəsi gücləndirilir: 147 minlik müqavilə bağlandı

0
419

2021-ci il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının mühafizə olunması üçün müqavilə bağlanıb.

Müqavilə AMEA-nın İşlər İdarəsi ilə “Alov-Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanıb.

Müqavilənin şərtlərinə görə, MMC AMEA-nın Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən Akademiya şəhərciyində mühafizə xidmətini həyata keçirəcək. Bu xidmətə görə akademiya mühafizə xidmətinə 147 min 996 manat pul ödəyəcək.

Xidmət 26 yanvar 2021-ci il tarixindən     31 dekabr 2021-ci il tarixinə kimi davam edəcək.

Bildirək ki, “Alov-Mühafizə” vaxtilə Azərbaycanda məşhur olan “Riyad Mühafizə Xidməti”nin bazasında yaradılıb. Şirkətin qanuni təmsilçisi general rütbəsi daşıyan Qasımov Etibar Ağahüseyn oğludur. 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.

4 ay əvvəl AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsi ilə bağlı keçirilən tenderin də qalibi E. Qasımovun rəhbərlik etdiyi digər bir şirkət – “Vətən-N Mühafizə Xidməti” MMC qazanıb.