Hadisə paytaxt Almatıda baş verib.
Görüntülərdə balacanın “Gelandewagen”in sükanı arxasında oturaraq avtomobili sürətlə idarə etməsi əks olunub.
Lakin baş verən hadisənin sosial şəbəkələrdə yayımlanmasından sonra balacanın valideyni hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.
Şəhər Yol Polisinin Mətbuat Xidmətindən bildirilib ki, hətta hadisə təlim meydanında baş versə də, valideyn yaş həddi avtomobil idarə etməyə çatmayan övladının həyatını təhlükəyə ata bilməz.