Elm və təhsil naziri Emin Əmrullayev yeni qərardan sonra müəllimlərin əlavələrlə birlikdə alacaqları əməkhaqqı barədə məlumat verib.
o, bu barədə media üçün keçirdiyi brifinqdə açıqlama verib.
Nazir qeyd edib ki, 6-12 saata qədər dərsi olan müəllimlərin sayı 18 min 530; 12-18 saata qədər – 31 min 116; 18-24 saatadək – 40 min 209; 24-34 saata qədər isə 382 nəfərdir.
E.Əmrullayev əlavə edib ki, hazırda 6 saata yaxın dərs deyən müəllimlərin sayı 4 min 439 nəfərdir:
“Həmin şəxslər 150 manat maaş alırlar. Yeni qərarla maaşları artmış olacaq. Onlar 165 manat, 35 faizlə isə 203 manat almış olacaqlar”.