Altı kəndi birləşdirən palçıqlı yol – VİDEO

0
339

Masallıda altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir. 

Rayonun Təklə kəndində əsas yolun asfalt örtüyü dağılıb. Dörd ildən çoxdur ki, 3000-ə yaxın sakin yayda toz, qışda isə palçıqlı yollardan istifadə etmək məcburiyyətində olurlar. 

Sakinlər bildirir ki, yolların təmiri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab ala bilməyiblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun yenidən qurulması dövlət proqramına salınıb. 59 km-lik yolun yenidən qurulması ilə bağlı maliyyə vəsaiti ayrılan kimi agentlik tərəfindən işlər başlanacaq.

Ətraflı süjeti təqdim edirik: