Artıq ikinci dəfədir ki, alpaqutçularımız Bakıda keçirilən dünya çempionatında iştirak edirlər. Builki çempionata beş idmançı ilə qatılmışıq. Komandamız turnirə yaxşı hazırlaşıb. Azərbaycanda yarışlar yüksək səviyyədə keçirilir. İdmançıların öz potensiallarından tam istifadə etmələri üçün hər cür şərait yaradılıb.
Bu sözləri Türkmənistan Alpaqut Federasiyasının prezidenti Dövlət Bazarov müsahibəsində deyib.
O bildirib ki, ötən il Bakıda keçirilmiş dünya çempionatında Türkmənistan təmsilçiləri uğurla çıxış ediblər. Ötənilki mundialda idmançılarımızdan üçü dünya çempionu adına layiq görülüb. Komandamızdan bu dəfə də yüksək nəticələr gözləyirik.