Alp dağlarının təhlükəsi: ölənlərin sayı artmaqdadır

0
484

İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki alman alpinisti ölüb.

Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.

Məlumata əsasən, hadisə şənbə günü səhər baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi olan digər alpinistlər xilasetmə xidmətlərinə xəbər veriblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

Hesablamalara görə, Alplarda ən çox bədbəxt hadisə yay fəslinə təsadüf edir – ayda orta hesabla 20 adam ölür.

Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub. Britaniyalı qadın Allalinxorn buzlağından keçərkən buzda yaranan çatlağa düşüb.