Ev DÜNYA Almanlar niyə koronavirusa az tutulur?

Almanlar niyə koronavirusa az tutulur?

0
483

Almanlar niyə koronavirusa az tutulur?

83 milyonluq Almaniyada koronavirusdan kiçik Belçika və Hollandiyada bu virusdan ölən qədər insan həyatını itirib. İtaliyaya, İspaniya və Fransa da bu gün artıq onların ölkələrini milli fəlakətə gətirib çıxarmış xəstəliyin Almaniyada belə az ölüm halı ilə nəticələnməsinin səbəblərini araşdırırlar.

Ekspertlər bu məsələni araşdırıb və maraqlı nəticəyə gəliblər. Yeni alman möcüzəsinin əsasını Almaniyada koronavirusa yoluxanların orta yaş həddinin aşağı olması və ölkədə səhiyyənin yüksək səviyyəsi ilə yanaşı, həkimlərin və hökumətin bütün tövsiyələrinə əməl etməklə müşahidə olunan əsl alman intizamı təşkil edir.

Bu, alman səhiyyə sisteminin qonşu ölkələrlə müqayisədə pandemiyaya qarşı, həqiqətən də daha yaxşı hazırlaşdığını sübut edir. Ağciyərlərin süni ventilyasiya aparatları vaxtında sifariş olundu. Avropanın Aralıq dənizi ölkələrindəki kimi vaxt itkisinə yol verilmədi. İntizamlı almanlar öz liderlərini dinlədilər, liderlər isə öz növbəsində həkimlərin məsləhətinə əməl etdilər.

Göründüyü kimi, əhali təhlükəyə ciddi yanaşdıqda və cəmiyyətdə yüksək nizam-intizam olduqda insan itkilərinin sayını minimuma endirmək mümkündür.