
“Bavariya” klubunun polşalı hücumçusu Robert Levandovski nüfuzlu “Get German Football News” nəşrinin keçirdiyi sorğuya əsasən Almaniyada 2020-ci ilin ən yaxşı 100 futbolçusu siyahısına başçılıq edir.
Mənbə yazır ki, ilk “onluq”da Münhen təmsilçisinin səkkiz üzvü yer alıb.
Qeyd edək ki, R.Levandovski həmçinin FIFA tərəfindən 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.