Almaniyadan Türkiyə ilə bağlı ETİRAF: Gücləndi, birlikdə çalışmalıyıq

0
12

Almaniyanın əsas müxalif Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri Fridrix Merts Türkiyə ilə daha da güclü çalışmalı olduqlarını vurğulayıb.

Merts Almaniyanın RTL telekanalına Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə bağlı qiymətləndirmə edib.

O, Rusiyanın zəiflədiyini iddia edib: “Çünki Rusiya Suriyanı və oradakı rejimi qoruyan bir güc idi. Türkiyə isə gücləndi. Türkiyə indi bütün Yaxın Şərq bölgəsində daha da böyük rol oynayacaq. Bu halda təkcə almanlara deyil, avropalılara da yaxşı məsləhət olardı ki, biz indi bu bölgədə siyasi sülhün bərqərar olması üçün Türkiyə ilə daha güclü çalışmalıyıq. Bu, indi Almaniya və Avropa siyasətinin vəzifəsidir”.

Merts qeyd edib ki, indi Suriyada həqiqətən nə baş verdiyini və vətəndaş müharibəsinin bitib-bitmədiyini anlamaq üçün gözləmək lazımdır.