Almaniyada uçan taksilərin sınaqlarına başlanılıb. Nəqliyyat vasitələri “CityAirbus” adlanır. Onlar distant idarə olunur və elektrik enerjisi ilə çalışırlar.
Saatda 120 km ilə hərəkət edən uçan taksilər 4 nəfərədək sərnişini 100 kilometrədək məsafəyə daşıya bilirlər. Onların idarə olunması üçün sürücü tələb olunmur. Hər bir nəqliyyat vasitəsi propellerlərlə təchiz olunub. Onlar, demək olar, səssiz çalışır.