Almaniyanın Qelzenkirxen şəhərində Marksizm-Leninizm partiyasının təşəbbüsü ilə inqilabçı, SSRİ-nin yaradıcılarından olan Vladimir Leninin iki metrlik heykəli ucaldılıb.
Qeyd edilir ki, kansler Angela Merkelin təmsil olunduğu Xristian Demokratik İttifaqının, sağ radikalların, şəhər administrasiyasının bununla bağlı etirazı nəticə verməyib.