Almaniyada koronavirusdan müalicə üçün dərman ilin sonuna qədər hazır olacaq

0
468

Almaniya Tibbi Ləvazimatlar və Məhsullar İnstitutu (BfArM) yeni tip koronavirsua (Covid-19) qarşı dərman vasitəsinin ilin sonuna qədər hazır olacağını açıqlayıb.

Bunu “Bonner General-Anzeiger” qəzetinə müsahibəsində BfArM rəhbəri Karl Broyx bildirib.

Almaniyada dərmanların leqallaşdırılmasına cavabdeh olan qurumun rəhbəri deyib ki, hələlik koronavirusa qarşı peyvənd və dərman yoxdur, indiyə qədər hər hansı preparatın xəstəliyin müalicəsində effektivliyi təsdiqlənməyib. Karl Broyx qeyd edib ki, koronavirus yayılandan sonrakı dövr ərzində BfArM-a çoxlu sayda müraciət daxil olub və artıq mövcud olan 8 dərmanın xəstələr üzərində klinik sınağının keçirilməsinə icazə verilib. BfArM bir neçə həftə sonra tədqiqatların ilk etibarlı nəticələrinin əldə olunacağını proqnozlaşdırır: “Əgər əldə edilən nəticələr inandırıcı olsa, biz ilin sonuna qədər həmin dərman vasitəsinin tətbiqi barədə razılıq verə bilərik”.

BfArM rəhbəri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə “Remdesivir” dərman vasitəsinin də bir neçə klinik sınağının keçirildiyini nəzərə çatdırıb.