Almaniyada evin üzərinə təyyarə düşdü: ölənlər var

0
439

Almaniyanın Vezel şəhərində yaşayış evinin üzərinə kiçik mühərrikli təyyarə düşüb.

Məlumata görə, rəsmilər binada iki ailənin yaşadığını və hadisə nəticəsində 2 nəfərin öldüyünü, 2-nin isə xəsarət aldığını bildirib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.