Almaniyada “dərman böhranı”: Nə baş verir?

0
185

Almaniyada 299 növ dərman ilə bağlı tədarük çatışmazlığı böhran həddinə çatıb.

Almaniya Federal Dərmanlar və Tibbi Cihazlar İnstitutu (BfArM) öz saytında tədarükü hər gün daha da çətinləşən 299 dərmanın siyahısını dərc edib.

“BfArM”-dakı yazıda dərmanların tədarükü ilə bağlı çatışmazlığın artmasına Çin və Hindistan kimi ölkələrdən satın alınan məhsulun vaxtında ölkəyə çatdırılmaması səbəb göstərilib.

Qeyd edək ki, Almaniyada çatışmayan dərmanlar arasında antibiotiklər, diabet, xərçəng, immunitetlə əlaqəli dərmanlar və ağrı kəsicilər ilk sırada iştirak edir.