Almaniyada Azərbaycandan miqrant daşıyan dəstə aşkarlandı. Tutulanların əksəriyyəti “müsavatçılar”dır

0
514

Dünən Almaniyanın federal plolisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.

Bildirir ki, Aşağı Saksoniya, Bremen, Şlezviq-Qolşteyn, Hessen, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Pfalts əyalətlərində genişmiqyaslı reydlər keçirilib.

38 ev, mənzil və kommersiya obyektlərində axtarışlar aparılıb. Osnabrük prokurorunun adından verilmiş axtarış orderinə görə, mütəşəkkil dəstə Şərqi Avropa və postsovet məkanı ölkələrindən Almaniyaya qanunsuz olaraq miqrantları daşımaqda suçlanır.

Bu xəbəri Hannover şəhər federal polis idarəsində də təsdiqlədilər.

Genişmiqyaslı reydlərdə 510 federal polis iştirak edib. Aparılmış axtarışlarda sənədlər, informasiya daşıyıcıları, noutbuklar, fləş-kartlar, böyük məbləğdə nağd pul və odlu silah aşkarlanıb.

İlkin məlumatlara görə, şəbəkə Almaniyada yaratdığı agentlik vasitəsilə Şərqi Avropa və postsovet ölkələrindən cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvə qismində yerli şirkətlərə “satırmış”. Cinayətkarlar həmin miqrantlara Avropa Birliyi ölkələrinin saxta pasportlarını veriblər, onları dövlət qurumlarında və sığorta şirkətlərində qeydiyyata aldırıblar. Miqrantların hamısı Almaniyaya turist vizası ilə gətirilib.

Şəbəkə ucuz işçi qüvvə qismində satdığı miqrantlar üçün iş yerlərinin yaxınlığında sığınacaqlar da təşkil edibmiş.

Şimali Reyn-Vestfaliya və Hessendə 180 federal polisin apardığı əməliyyatda Almaniyaya sığınmış Azərbaycan vətəndaşı saxlanılıb. Köln, Düsseldorf, Frankfurt-Mayn və Visbaden şəhələrində 13 azərbaycanlının evində axtarışlar aparılıb.

Koblens şəhərində iki azərbaycanlının həbsinə order verilib. 8 nəfərə qarşı isə ittiham hazırlanır. Bu adamların ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edilirlər.

Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.

Tutulan şəxslərin ilkin siyahısı belədir:

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

Saxlanılanların hamısı ən azı 6 ay istintaq təcridxanasında olacaqlar.