Sosial şəbəkələrdə Almaniya polisinin aksiyaçılara qarşı kobud rəftarı ilə bağlı görüntülər paylaşılıb.
Videoda dinc aksiya keçirən üç-beş nəfərin polislər tərəfindən mühasirəyə alındığı, vətəndaşlardan birinin isə qəddar şəkildə əl-qolunun bağlandığı qeydə alınıb.
Buna etiraz edən yaşlı qadın da cavabsız qalmır. Kadrlarda xüsusi təyinatlılardan birinin onu amansızcasına yerə yıxdığı görünür.
Görüntülər sosial istifadəçilər tərəfindən böyük narazılıqla qarşılanıb.