Almaniya sakinləri ölkədə hibrid hücumların sayının artması səbəbindən elektrik enerjisinin uzun müddət kəsilməsinə hazırlaşmalıdırlar.
Bu barədə Əhalinin Müdafiəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsinin vitse-prezidenti Rene Funk mümkün fövqəladə hallar barədə xəbərdarlıq edib.
“Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun, bu, elektrik enerjisinin uzun müddət kəsilməsini əhatə edə bilər”, – Almaniya rəsmisi deyib.
Funk, xaricdən kritik infrastruktura edilən hücumların sayının artdığını, Almaniyanın hər gün bir çox hibrid hücumlarla üzləşdiyini açıqladı.
“Biz təkcə hərbi müdafiəyə deyil, həm də mülki müdafiəyə və təbii fəlakətlərdən qorunmağa hazır olmalıyıq. Vətəndaşlar ərzaq ehtiyatı da tutmalıdırlar”, o deyib.