Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi”. Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.
“AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən, bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya, həmçinin, o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.
Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.
AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala “Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.
Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir:
“Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.