Avropa İttifaqı ölkələrindəki cəmiyyətlər Rusiya ilə bir növ müharibəyə hazırlaşmağa başlayıblar. Baxmayaraq ki, Rusiya Federasiyasından hücum gözləmək üçün heç bir səbəb yoxdur.
Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Niemeyer bildirib.
Siyasətçinin qeyd etdiyi kimi, Rusiya ilə müharibəyə hazırlıq hətta Almaniyada da aparılır. Üstəlik həm Almaniyada, həm də digər Avropa ölkələrində Birinci Dünya Müharibəsindən əvvəlki üsullardan istifadə olunur.
“İnsanların beyni yuyulur, lakin Birinci Dünya müharibəsindən əvvəl Almaniyada olduğu kimi, təkcə media vasitəsilə deyil. İndi bizim 50 kanalımız və üç min qəzetimiz var ki, eyni şeyi deyirlər, Rusiya sabah müharibəyə başlayacaq və bizi işğal etməyə gələcək”, – Niemeyer qeyd edib.
O, həmçinin əlavə edib ki, bəzən vəziyyət mediadan kənara çıxır. Məsələn, təcili yardım dəstləri artıq mağazalarda satılmağa başlayıb. O cümlədən qaz maskaları. Hətta adi ərzaq mağazalarında belə bir şey görə bilərsiniz: “Siz hətta nüvə partlayışından sağ çıxmaq üçün bunker ala bilərsiniz”.