Almaniya Rusiya diplomatlarını kütləvi şəkildə ölkədən çıxarır

0
191

Berlin Rusiyadan olan diplomatların kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik qeyd edib ki, Moskva Almaniya diplomatlarına qarşı analoji tədbirlər görəcək.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı rusiyalı diplomatların kütləvi surətdə ölkədən çıxarılması ilə bağlı açıqlamalara dair zəmanətləri pozmaqda ittiham edib.

“Berlin Rusiya-Almaniya münasibətlərinin bütün kompleksini məhv etmək üzrə siyasət yürüdür”, – deyə nazirlikdən vurğulanıb.

Moskva artıq Almaniya səfirini Rusiyanın diplomatların ölkədən çıxarılmasına reaksiya verəcəyi barədə məlumatlandırıb.