Almaniya portalı Xocalıdan yazdı: Dünya susur…

0
428

Almaniyanın “nex24.news” xəbər portalında “Potsdam” Universitetinin professoru Vilfrid Furmanın “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqaləsi dərc olunub.

Məqalədə 1991-ci ilin sonunda Xocalıdakı demoqrafik vəziyyət, faciənin tarixçəsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 613 azərbaycanlı mülki şəxsin amansızcasına qətlə yetirilməsi, həmin gün şəhərin tamamilə dağıdılması, şəhərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsi, tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı soyqırımının törədilməsi barədə məlumat verilir. Qeyd olunur ki, bu qanlı hadisə azərbaycanlıların milli yaddaşında dərin iz buraxıb. Dünya ictimaiyyətinin böyük hissəsi hələ də bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir